“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, artıq infrastruktur obyektləri barədə məlumatlar da Tikintilərin Dövlət reyestrinə təqdim ediləcək.
