- 00:03
Bakı Slavyan Universitetinin (BSU) I və II tədris binalarında, həmçinin yataqxanasında aparılacaq cari təmir işləri ilə bağlı elan olunmuş tenderin nəticələri açıqlanıb.
E-huquq.az-ın məlumatına görə, tenderin qalibi "Babayev Group Company" MMC olub.
Məlumata əsasən, qalib şirkətə göstəriləcək xidmətlər müqabilində 1.486.008,71 manat ödəniləcək.
Şəbnəm Mehdizadə