Bazar ertəsi Zaqatala şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq


  • 19 İyul 14:08

Bazar ertəsi Zaqatala şəhərinin bir hissəsində qaz olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən xəbərə görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala xidmət sahəsinin ərazisində Zaqatala şəhəri Vaqif küçəsi 1 ünvanında mövcud qaz sayğaclarının giriş hissəsindəki yivli birləşmələrin ləğv edilərək əymə borularla əvəz edilməsi məqsədi ilə 21.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək cəmi 102 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Oxşar xəbərlər