Peşə təhsilinə 10 yeni ixtisas əlavə olunur


  • 21 İyul 11:39

Bu ildən peşə təhsili pilləsinə 10 yeni ixtisas əlavə olunur. Bunlardan 5-i yüksək texniki peşə, 5-i isə texniki peşə ixtisaslarıdır.

E-huquq.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

“Yüksək texniki peşə üzrə rəqəmsal məzmun idarəçiliyi, mekatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq ixtisasları əlavə edilib.

Texniki peşə üzrə isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. ixtisasları əlavə edilib” , - deyə Ceyhun Kərəmov qeyd edib.

Oxşar xəbərlər