"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin tenderi ləğv olundu


  • 21 İyul 16:13

"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi tərəfindən Qarabağda yerləşən radio-yayım stansiyalarında istifadə olunması nəzərdə tutulan odsöndürən balonların satın alınması ilə bağlı elan edilən tender ləğv olunub.

E-huquq.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb olaraq təklif və təklifin təminatını təqdim etmiş, eyni zamanda tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Məlumata görə, sözügedən tenderin ümumi dəyəri 1.970,60 manat təşkil edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər