- 01:07
Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri (büdcə vəsaiti hesabına) işlərinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Məlumata görə, həmin tenderin dəyəri 572.048,24 manat olub.
Şəbnəm Mehdizadə