Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


  • 23 İyul 16:23

Sabah saat 08:00-dan iyulun 25-i saat 22:00-a qədər Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

E-huquq.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Qurum sürücülərdən aparılan işlərə anlayışıla yanaşmalarını və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

Oxşar xəbərlər