Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir


  • 23 İyul 16:55

24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta–Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə e-huquq.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məhdudiyyət səbəbindən marşrutların hərəkəti müvəqqəti olaraq aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:

- 126 nömrəli marşrut:

Şonqar qəsəbəsi – Dəmir yolu keçidi

Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi

- 554 nömrəli marşrut:

Güzdək qəsəbəsi – Dəmir yolu keçidi

Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi.

Oxşar xəbərlər