"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsinin “Modul tipli sutəmizləyici qurğular üçün tələb olunan mal-materiallar”ın satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Aqualink" MMC olub.
Məlumata görə, qalib şirkətə 736.227,37 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
