Məzmuna keç

Geoloji Kəşfiyyat Agentliyinin tenderi baş tutmadı

"Geoloji Kəşfiyyat Agentliyi" publik hüquqi şəxsinin hidrogeoloji tədqiqat işləri ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Qeyd edək ki, tenderin dəyəri 260.664,95 manat olub.

Şəbnəm Mehdizadə