Məzmuna keç

Naxçıvan Dövlət Universiteti 103 min manatlıq sifariş verdi

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxsinin xarici tələbələrin təhsil almaq üçün cəlb edilməsi ilə bağlı vasitəçilik xidmətlərinin göstərilməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Education İn Azerbaijan" MMC olub.

Məlumata görə, qalib şirkətə 103.250 manat vəsait öödəniləcək.

Şəbnəm Mehdizadə