- 17:54
Mərkəzi Gömrük Hospitalının laboratoriya və digər sərf materiallarının satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
E-huquq.az-ın məlumatına görə, tenderin ləğvinə səbəb satınalmada iştirak üçün tələb olunan sənədləri təqdim etmiş, həmçinin müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır. Bu, qanunvericiliyə əsasən tender prosedurunun davam etdirilməsinə imkan vermir.
Qeyd edək ki, sözügedən tenderin ümumi dəyəri 594.468,56 AZN təşkil edirdi.
Şəbnəm Mehdizadə