- 12:41
"Tağıyev" filiminin 2-ci sezonunuun çəkilməsi nəzərdə tutulub.
E-huquq.az xəbər verir ki, bu barədə "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" yutub kanalına bildirib.
O qeyd edib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb: "8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Digər 4 bölümün (2-ci sezon) də çəkilməsi planlaşdırılır".
Z.Qasımlı, həmçinin deyib ki, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.