Bu ərazilərdə qaz kəsiləcək


  • 30 İyul 09:09

Binəqədi rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar iyulun 30-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, eləcə də 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər