Məzmuna keç

Aqrar Xidmətlər Agentliyinin 257 minlik tenderi ləğv edildi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin qurumun tabeliyindəki Mərkəzlər üçün dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb nəzarət orqanının qərarı olub.

Məlumata görə. Həmin tenderin dəyəri 256.843,99 manat olub.

Şəbnəm Mehdizadə