Məzmuna keç

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 400 minlik mal alır

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti boru xətlərində baş verə biləcək qəza hallarının aradan qaldırılması məqsədilə təmir xamutlarının satın alınması üçün elan etdiyi tenderi yekunlaşdırıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Sofcon Group s.r.o.”nun Azərbaycan Respublikasındakı filialı olub.

Qalib şirkətə təqdim ediləcək xidmətlər qarşılığında 419 978,17 manat ödənilməsi nəzərdə tutulur.

Şəbnəm Mehdizadə