Bakı Mühəndislik Universiteti avtomobil ala bilmir - SƏBƏB


  • 31 İyul 17:32

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin sedan tipli minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi tender proseduru ləğv olunub.

E-huquq.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim edən, eyni zamanda tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Qeyd edək ki, tenderin ümumi dəyəri 86.650,00 manat təşkil edirdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər