UNEC təmir işlərinə 9,7 milyon manat xərcləyəcək


  • 1 Avqust 15:29

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən əsaslı təmir işlərinin satın alınması məqsədilə elan edilmiş tender başa çatıb.

E-huquq.az-ın məlumatına əsasən, tenderin qalibi “Koneks Construction” MMC olub.

Qalib şirkətə göstərilən xidmətlərə görə ümumilikdə 9.735.844,68 AZN məbləğində ödəniş ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər