- 09:06
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu tərəfindən İT avadanlıqlarının satın alınması məqsədilə elan olunmuş tender proseduru baş tutmamış sayılıb.
E-huquq.az-ın məlumatına görə, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak etmək üçün tələb olunan sayda, yəni ən azı üç uyğun təchizatçının olmamasıdır. Belə ki, təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin zəruri lisenziya və icazələrə malik təchizatçıların sayı üçdən az olub.
Qeyd edək ki, tenderin dəyəri 24.999,48 AZN təşkil edirdi.
Şəbnəm Mehdizadə