Dövlət Statistika Komitəsinin tenderi ləğv olundu


  • 17:57

Dövlət Statistika Komitəsi informasiya-kommunikasiya texnologiyaları məhsullarının və təsərrüfat avadanlıqlarının satın alınması məqsədilə elan etdiyi tenderi ləğv edib.

E-huquq.az-ın məlumatına görə, tenderin ləğv olunmasının əsas səbəbi iştirakçı sayının az olmasıdır. Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, eləcə də tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğundan tender dayandırılıb.

Tenderin ümumi dəyəri 207 525,03 AZN təşkil edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər