Tikinti-Təchizat Birliyinin 363 minlik tenderi baş tutmadı - SƏBƏB


  • 5 Avqust 16:39

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbəə və promo məhsullarının satın alınması üzrə elan etdiyi tender ləğv edilib.

E-huquq.az-ın məlumatına görə, tenderin ləğv olunmasının əsas səbəbi, satınalma prosesində iştirak etmək üçün tələb olunan təklif və təklif təminatını təqdim edən, həmçinin müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderin ümumi dəyəri 363,005.63 AZN təşkil edirdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər