Fərhad Pərvizi etdiyi çıxışlara görə işdən çıxarılıb?


  • 5 Avqust 18:05

"Baker Tilly Audit Azərbaycan" şirkətində 1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqust 2025-ci il tarixində şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb.

E-huquq.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, o, bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib.

"Fərhad Pərvizi ilə əməkdaşlıq qarşılıqlı anlaşma və peşəkar yanaşma çərçivəsində rəsmi olaraq tamamlanıb, onun şirkətlə olan bütün hüquqi və ictimai əlaqələri, o cümlədən Linkedin profili üzərindən rəsmən sonlandırılıb. Əmək fəaliyyəti dövründə Fərhad Pərvizinin peşəkar xidmətləri hər zaman yüksək qiymətləndirilmiş və məmnunluqla qarşılanıb.

Təəssüflə qeyd edirik ki, bu gün bəzi sosial media istifadəçiləri və səhifələri tərəfindən yayılan əsassız və yönləndirilmiş məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir. Yayılan iddialar həqiqəti əks etdirmir və "Baker Tilly Azərbaycan" bu cür yanaşmaları qərəzli və məqsədli nüfuz zədələməsi kimi qiymətləndirir", - məlumatda bildirilib.

Qeyd edək ki, iqtisadçı Fərhad Pərvizinin son günlər sosial şəbəkələrdə etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılmışdı.

Oxşar xəbərlər