- 18:50
Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Bu barədə e-huquq.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Bu funksionallığın təmin edilməsi Nazirliyin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.
“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.
Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.