- 18:50
Azərbaycan Dillər Universiteti (ADU) tərəfindən mətbəə və çap mallarının satın alınması məqsədilə elan edilmiş tender ləğv olunub.
E-huquq.az-ın məlumatına görə, tenderin ləğv edilməsinə səbəb satınalma prosesində iştirak etmək üçün təklif və təklif təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının qanunvericiliklə müəyyən edilmiş minimum səviyyədən az olmasıdır.
Müsabiqəyə təklif verən malgöndərənlərin sayı zəruri tələblərə cavab vermədiyindən, müsabiqənin davam etdirilməsi mümkün olmayıb.
Qeyd edək ki, tenderin ümumi dəyəri 34.893,61 AZN təşkil edib.
Şəbnəm Mehdizadə