- 12:37
Aktau yaxınlığında “Azerbaijan Airlines”a (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i ölkənin baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.
"Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanmasına keçid edilir. Aktau yaxınlığında təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq", - o qeyd edib.