- 12:37
Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, hərbi paradda Azərbaycanı ölkə ordusunun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.