- 09:24
Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan qəhrəmancasına mübarizə ilə torpaqlarını işğaldan azad edib: “Əlbəttə torpaqların işğaldan azad edilməsi bölgədəki dondurulmuş münaqişənin davamlı sülh müqaviləsi ilə sona çatmasını şərtləndirirdi. Tərəflər arasında uzun müddətdir müzakirələr gedirdi. Dünən Vaşinqtonda sülh sazişi paraflandı, sülh sazişinin imzalanmasını gözləyirik”.