- 17:49
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələrinin cari təmiri xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tender proseduru ləğv edilib.
E-huquq.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak etmək üçün zəruri sənədləri – təklif və onun təminatını təqdim etmiş, eyni zamanda tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin ümumi məbləği 475.027,72 manat təşkil edib.
Şəbnəm Mehdizadə