- 17:25
Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin istifadəsində olan nəqliyyat vasitələrinin cari və əsaslı təmiri, həmçinin texniki servis xidmətlərinin satın alınması məqsədilə elan edilmiş tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin nəticəsinə əsasən "Best Auto Service" MMC qalib elan olunub.
Müqaviləyə əsasən, şirkət göstərilən xidmətlərə görə 196.493,6 AZN məbləğində ödəniş alacaq.
Şəbnəm Mehdizadə