- 12:52
Ötən il Azərbaycanda 40 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.
E-huquq.az xəbər verir ki, bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub.
Məlumata əsasən, 2023-cü ildə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata düşüb.
Bununla yanaşı, 2024-cü ildə tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyatda olub.