Bakı Apellyasiya Məhkəməsinin elan etdiyi tender ləğv edildi


  • 14 Avqust 17:08

Bakı Apellyasiya Məhkəməsi tərəfindən kompüter və digər avadanlıqların satın alınması məqsədilə elan olunan tender proseduru ləğv olunub.

E-huquq.az-ın əldə məlumatına görə, tenderin ləğv edilməsinə səbəb kimi tələblərə cavab verən - yəni təklif və təklifin təminatını təqdim etmiş, eləcə də tələb olunduqda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilir.

Qeyd edək ki, sözügedən tenderin ümumi dəyəri 63.499,34 AZN təşkil edirdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər