- 15 Avqust 17:25
"Ərazi məsələləri yalnız Ukrayna və Rusiya liderləri arasında ABŞ-nin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə müzakirə oluna bilər".
E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya hələ üçtərəfli görüşün keçirilməsini istəmir:
"Vladimir Putin Donetsk vilayətində uğur qazana bilməyib. 12 il ərzində o, bu ərazini ələ keçirməyib”.