Paşinyandan ermənilərin Qarabağa qayıdışı və anklavlarla bağlı açıqlama


  • 19:05

“Ermənistan və Azərbaycan arasında sülhü Qarabağ məsələsinin bağlanması mümkünə çevirib”.

E-huquq.az xəbər verir ki, bunu xalqa müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hələ 2025-ci ilin martında Milli Məclisin kürsüsündən bəyanat vermişdim, bundan sonra xalqa müraciət etdim, söylədim ki, biz Qarabağ hərəkatını (separatçı proses – red.) davam etdirməməliyik, mən Qarabağ hərəkatını davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm, razı olmasanız, inqilaba çağırdım.

Hörmətli insanlar, siz mənim kimi Qarabağ məsələsini həll etmədən sülhün mümkün olmadığını anladığınız üçün inqilab etmədiniz. Qarabağ məsələsindən müəyyən qüvvələr Ermənistanın inkişafının qarşısını almaq üçün istifadə ediblər. Qarabağdan didərgin düşənlərə (könüllü gedən ermənilər – red.) gəlincə, mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, onların qayıdışla bağlı fikirlərini real hesab etmirəm.

Mənim fikrim budur ki, bu strategiya ilə razılaşmayanlar münaqişənin yenidən canlandırılması məntiqinə qapılıblar”, - N.Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsi və paraflanmış sazişlə Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.

N.Paşinyan anklavlarla bağlı qeyd edib ki, bu məsələ də delimitasiya və demarkasiya prosesində qarşılıqlı şəkildə həll edilməlidir:

“Hazırda Azərbaycanın nəzarətində olan Ermənistanın suveren əraziləri kimi, bizim nəzarətimizdə olan Azərbaycanın suveren əraziləri var və bu məsələ demarkasiya prosesində qarşılıqlı şəkildə həll olunmalıdır”.

Oxşar xəbərlər