Zelenski təqdim olunan ABŞ silahlarına görə təşəkkür etdi


  • 18 Avqust 22:13

Ukraynaya göndərmək üçün ABŞ-dən silah almağa imkan verən yeni proqrama görə NATO-ya üzv dövlətlərə minnətdarıq.

E-huquq.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüş zamanı Ukrayna lideri Volodimir Zelenski deyib.

"Biz bu proqrama və bu fürsətə görə minnətdarıq. Avropaya minnətdarıq - onlar bunun üçün pul ödəyirlər", - o söyləyib.

ABŞ Prezidenti Donald Tramp da bu proqramdan məmnun olduqlarını söyləyib.

Zelenskinin sözlərinə görə, ABŞ silahları Ukraynanın müdafiəsi baxımından həlledici rola malikdir.

"Avropanın heç bir ölkəsində ABŞ qədər hava hücumundan müdafiə sistemləri yoxdur. Bizim buna böyük ehtiyacımız var", - o deyib.

Oxşar xəbərlər