Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Misir xarici işlər naziri Badr Abdel Ati arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin əsas nəticələri barədə müzakirə aparıb.
Nazirlər eyni zamanda Yaxın Şərq məsələlərini, xüsusən də Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər. Qəzza sektorunda döyüşlərin dərhal dayandırılması və Fələstin anklavına fasiləsiz humanitar yardımın çatdırılması zərurəti xüsusi olaraq vurğulanıb.
