- 17:21
Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin Qarabağdakı radio-yayım stansiyalarında istifadə olunması nəzərdə tutulan odsöndürən balonların satın alınması məqsədilə elan etdiyi tender ləğv olunub.
E-huquq.az-ın məlumatına görə, tenderin ləğv olunmasına səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, yenderin dəyəri 1.634,30 manat təşkil edirdi.
Şəbnəm Mehdizadə