Məzmuna keç

İlham Əliyev: Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik

Artıq Zəngilana qədər dəmiryolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq.

E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Dövlət başçısı əlavə edib: “Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.