- 17:44
“Mən artıq bəyan etmişdim ki, biz kanat yollarını da çəkməyə başlayırıq. Birincisi, Laçında. Siz Laçın şəhərini də yaxşı tanıyırsınız, Həkəri çayından da Laçının yuxarı məhəlləsinə məsafə böyükdür”.
E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün Kəlbəcərdə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, hündürlük fərqi də böyükdür: “Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq. İkinci kanat yolu isə Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu da Kəlbəcərdə olacaq. Onun da yerinə baxmışıq. Bura çox gözəl mənzərəli yerlərdir, həm də cənnətdir. Amma buranı cənnət etmək üçün gərək bax, belə gözəl şərait olsun. Bunu da biz edirik. Ona görə bir daha sizi təbrik edirəm. Xoşbəxt yaşayın, cansağlığı arzulayıram”.