Binədə gecə evdən pul oğurlayan şəxs tutuldu


  • 23 Avqust 13:28

Avqustun 21-də naməlum şəxs gecə saatlarında paytaxtın Xəzər rayonunda Binə qəsəbə akininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat pul oğurlayıb.

E-huquq.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər