- 18:02
Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkiana ABŞ prezidenti Donald Trampla Alyaskada keçirilən sammitin nəticələri barədə məlumat verib.
E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Alyaskada keçirilən sammitin nəticələri ilə yanaşı, Rusiya və İran prezidentləri İranın nüvə proqramı ilə bağlı və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Eləcə də tərəflər enerji və nəqliyyat sektorlarında Rusiya-İran əməkdaşlığını müzakirə ediblər.
Kremlin məlumatına görə, onlar həmçinin müxtəlif sahələrdə Rusiya-İran əməkdaşlığının daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Rusiya prezidenti ilə söhbətində İran lideri Ukrayna böhranının həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.
Humay Eminqızı