Küləki hava nə vaxtadək davam edəcək?


  • 27 Avqust 12:02

Azərbaycanda müşahidə olunan küləkli havanın avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm).

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.

Oxşar xəbərlər

  • 27 Avqust 12:32
Sabahın hava proqnozu