- 19:48
Ağdamda uşaqlarına işgəncə verən valideynlər valideynlik hüquqlarından məhrum edilə bilər.
E-huquq.az ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, qurum tərəfindən məsələ nəzarətə götürülüb. Uşaqların valideynləri isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
“Hazırda Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən valideynlərin Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məsələsinə baxılır”, - deyə Teymur Mərdanoğlu bildirib.
Xatırladadq ki, Ağdam rayonunun Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək ağır xəsarətlər alıb. Hadisə nəticəsində zərərçəkən hər iki uşaq ilkin olaraq, Ağdam Rayon Xəstəxanasına yerləşdirilib. Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən uşaqlardan birinin (3 yaşlı uşaq) vəziyyətinin ağır olması səbəbindən onun daha ixtisaslı tibbi xidmət alması üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunması həyata keçirilib. Azyaşlının üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Həkimlərin müşahidəsi altında saxlanılır.