- 19:48
Bakı Dövlət Universitetinin (BDU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının rəsmi uşaq və gənclər nümayəndəliyi olan YOUNGO-nun 2025-ci ildə Azərbaycanda təşkil edəcəyi Gənclər Yerli Konfransının keçirilməsi üçün elan etdiyi tender yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, tenderin qalibi “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” QSC seçilib.
Müqaviləyə əsasən, qalibə 9.487,2 manat ödəniş ediləcək.
Şəbnəm Mehdizadə