Sabah Biləsuvarda 900-ə yaxın abonentin qazı kəsiləcək


  • 1 Sentyabr 10:35

Sabah Biləsuvar rayonunda 900-ə yaxın abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

E-huquq.az-ın məlumatına görə, rayonun Bağbanlar kəndində yerləşən qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar olaraq sentyabrın 2-də saat 10:00-dan başlayaraq işlər başa çatana qədər həmin yaşayış məntəqəsində 854 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər