Məzmuna keç

Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə etdi

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə mübadilə edilib.

E-huquq.az xəbər verir ki, proses Prezident İlham Əliyevin və Bankın prezidenti Cin Liqunun iştirakı ilə baş tutub.

Onlar bu gün Çinin Tiencin şəhərində görüş keçirib.