- 13:03
Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrinin inzibati binalarında liftlərin təmiri ilə bağlı elan olunmuş tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, tenderin dayandırılmasına səbəb olaraq, müsabiqədə iştirak üçün müraciət edən və bütün zəruri sənədləri, o cümlədən, təklif və onun təminatını təqdim edən, habelə tələb olunan hallarda müvafiq lisenziya və icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.
Qeyd edək ki, sözügedən tenderin ümumi məbləği 75.143,58 manat təşkil edirdi.
Şəbnəm Mehdizadə