Xankəndidə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün yeni bina tikiləcək


  • 11:35

Xankəndidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi ərazi məlum olub.

E-huquq.az xəbər verir ki, idarənin binası Xankəndidə sentyabrın 2-də söküntüsü başlanılan qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin yerində inşa olunacaq.

Müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.

Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər