- 18:34
Qlobal günəş enerjisi qurğuları ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 64 faiz artaraq 380 giqavata çatıb.
E-huquq.az xəbər verir ki, Ember beynəlxalq enerji analitik mərkəzinin təhlilinə görə, qlobal günəş enerjisi qurğularının bu il yenidən rekordlar qıracağı gözlənilir.
İlin ilk altı ayında qlobal miqyasda 380 giqavat yeni güc istifadəyə verilib ki, bu da 2024-cü ilin eyni dövründəki 232 giqavatla müqayisədə 64 faiz artım deməkdir. Ötən ilin sentyabr ayında qlobal günəş enerjisi qurğuları 350 giqavattı ötüb və bu səviyyəyə bu ilin iyununda çatıb.
Son illərdə günəş tutumunun sürətlə artması onu yeni elektrik enerjisi istehsalının ən sürətlə böyüyən mənbəyinə çevirib. Bu ilin birinci yarısında Çində günəş enerjisi qurğuları keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Eyni dövrdə Çindən kənarda olan ölkələr ümumilikdə 124 giqavat gücü işə salıblar. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.
Şəbnəm Mehdizadə