Sabunçuda işgəncəyə məruz qalan uşaq səhiyyə müəssisəsinə yerləşdirilib - RƏSMİ


  • 2 Sentyabr 18:34

Qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.

Bu barədə e-huquq.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

"Uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, Agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək", - məlumatda bildirilib.

Qeyd edək ki, Sabunçuda yetkinlik yaşına çatmayan uşağın xalası tərəfindən zorakılığa məruz qaldığı haqqında xəbərlər yayılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır:

Oxşar xəbərlər