Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi


  • 15:56

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində baş vermiş qəzada ölənlərlə bağlı başsağlığı verib.

E-huquq.az xəbər verir ki, bu barədə XİN “X”da paylaşım edib.

“Baş vermiş faciəvi qəza bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.

Oxşar xəbərlər